“PUBG Mobile” üzrə 250 000 dollarlıq yarış başlayır

10

Bu gün “PUBG Mobile” oyunu üzrə nüfuzlu “PUBG Mobile Pro League” turnirinə start veriləcək.

yasamal.tv xəbər verir ki, yarışda “Natus Vincere” və “Virtus.Pro” kimi MDB-nin ən məşhur komandaları, eləcə də Azərbaycanın “GMT Esports” komandası iştirak edəcək.

Sözügedən komandalar 250 000 dollarlıq mükafat fondu üçün bir aydan çox davam edəcək onlayn mübarizədə iştirak edəcəklər.

Xatırladaq ki, bu yaxınlarda milli seçmə komandamız seçmə mərhələdə uğurla çıxış edərək “PUBG Mobile Pro League” turnirində iştirak etmək hüququ qazanıb.

Komandamıza uğurlar arzulayırıq.

Qarşıdan gələn yarışmaya yönəlik xəbərləri qaçırmamaq üçün “GMT Esports”u “Instagram”da izləyin.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin