Neymar “Real Madrid”lə oyunu buraxacaq

10

Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniya “Real Madrid”inə qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq.

yasamal.tv xəbər verir ki, zədəsini yenicə sağaltmış braziliyalı hücumçu hazırda bərpa dövrü keçir.

30 yaşlı forvard tam hazır olmadığı üçün vacib qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, PSJ “kral klubu” ilə ilk oyununu fevralın 15-də Parisdə keçirəcək. Cavab görüşü isə martın 9-da Madriddə olacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin