I ixtisas qrupunda informatika fənni üzrə – Yenilik

11

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatika yönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, mərkəz tərəfindən yaradılmış işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramını hazırlayıb.

Proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilmiş mövzular daxil edilib.

2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.

Qəbul proqramı ilə verilmiş keçidlərdən (Azərbaycan və rus dillərində) tanış olmaq mümkündür.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin