Nazir: “Həssas olmalıyıq ki, bizimlə əməkdaşlıq etsinlər”

11

Mədəniyyət naziri Anar Kərimov Azərbaycan filmlərinin “Netflix” kino platformasında nümayişinin əhəmiyyətindən danışıb.

yasamal.tv xəbər verir ki, o, “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında “Netflix”in Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Onun sözlərinə görə, müəyyən standartlar var və Azərbaycan filmlərində də bu standartlar nəzərə alınmalıdır:

“Netflix”də filmlərimizin nümayiş olunması ölkənin təbliğatıdır. Həssas olmalıyıq ki, bizimlə əməkdaşlıq etsinlər. Etimad qursaq, əminəm ki, bizlə işləyəcəklər”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin