Avropa İttifaqı (Aİ) Komissiyası Sinqapur və Toqonun tətbiq etdiyi COVID-19 peyvəndi sertifikatlarının tanınmasına qərar verib.
yasamal.tv xəbər verir ki, bu barədə Aİ açıqlama yayıb.
Açıqlamada bildirilir ki, sözügedən iki ölkə Aİ-nin peyvənd sertifikat sisteminə bağlanacaq. Bu ölkələrin verdiyi peyvənd sertifikatları “Aİ Rəqəmsal COVID Sertifikatı” ilə eyni şərtlərə sahib olacaq. Sertifikatlar Aİ ölkələrində qəbul ediləcək.
Bəyanatda xatırladılıb ki, hazırda 51 ölkə Aİ-nin peyvənd sertifikatlaşdırma sistemindən asılıdır.
Epidemiya zamanı səyahəti asanlaşdırmaq üçün Aİ tərəfindən hazırlanan peyvənd sertifikatı ərizəsi iyulun 1-dən qüvvəyə minib.