Çexiya Rusiyadakı diplomatlarının təhlükəsizliyini gücləndirəcək

14

Bu barədə Çexiyanın Xarici İşlər naziri Tomaş Petrşiçek bildirib.

“Biz Xarici İşlər Nazirliyinin təhlükəsizlik işçilərini Çexiyanın Moskvadakı səfirliyinə göndərəcəyik”, – deyə o qeyd edib.

Nazir vurğulayıb ki, Praqada marşal Konevin abidəsinin sökülməsi ilə əlaqədar Moskva və Sankt-Peterburqda Çexiya diplomatik nümayəndəliklərinin qarşısındakı hadisələrə görə rəsmi Moskva Çexiya tərəfinə cavab verməyib.

Xatırladaq ki, Praqada marşal Konevin abidəsinin sökülməsi ilə əlaqədar Çexiyanın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı konsulluğunun qarşısında etirazlar keçirilib. Praqada marşal Konevin abidəsinin sökülməsi rəsmi Moskvanın narazılığına səbəb olub.

Çexiya meri isə mətbuata açıqlamasında deyib ki, həyati üçün təhlükə olduğundan polis tərəfindən qorunur.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin