Aktyor olmaq istəyən gənclər üçün yalnız ixtisas fənnlərdən qurulan dərs proqramı onların lazımi bacarlıqlara tezliklə yiyələnməsi üçün şərait yaradır.
yasamal.tv xəbər verir ki, yeni yaradılan Bakı Teatr Mərkəzi aktyor sənəti, səhnə danışığı, vokal, səhnə hərəkəti, səhnə döyüşü, rəqs, plastika və pontamima, qılınc təlimi fənnlərini tədris edən bir məktəbdir. Dərslər işinin peşəkarı olan müəllimlər tərəfindən gücləndirilmiş dərs rejimində keçirilir.
Bakı Teatr Mərkəzinin bədii rəhbəri aktyor, rejissor və pedaqoq Ruslan İsmayılov açıqlamasında bildirib ki, Bakı Teatr Mərkəzi Azərbaycanda aktyor sənəti və ona bağlı olan yaradıcı fənnləri tədris edən ilk alternativ özəl teatr məktəbdir. Planlarımız çoxdur, qarşımıza qoyduğumuz hədəf çox çətin və uzun bir yoldur. Bakı Teatr Mərkəzi ilk məzunlarını buraxdıqdan sonra fəaliyyətimizin nəticəsini əyani şəkildə də nümayiş etdirəcəyik”.
Mərkəzin direktoru Tural İntiqamoğlu Əliyev isə vurğulayıb ki, əsas hədəf incəsənət sahəsinə marağı olan gənclərə dəstək olmaq və onların öz arzularını reallaşdırmağına şərait yaratmaqdır:
“Bakı Teatr Mərkəzini yaratmaqda məqsədimiz ölkəmizdə bacarıqlı, istedadlı gənclərə aktyor sənətinin yüksək səviyyədə öyrədilməsini təmin etməkdir”.
Teatr məktəbinin Art Direktoru İmran Ali Qurbana görə, Bakı Teatr Mərkəzinin özəlliyi kurs kimi fəaliyyət göstərməmisidir:
“Azərbaycanda dırnaqarası aktyor sənətinin tədrisi ilə məşğul olan insanlar və kurslar var. Amma Bakı Teatr Mərkəzi qətiyyən bir kurs deyil, bir məktəbdir”.
Bakı Teatr Mərkəzində keçirilən dərslərlə aşağıdakı videodan tanış ola bilərsiniz: