Yevlaxda yol qəzası: xəsarət alanlar var

19

Bakı-Qazax avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobildə olan İmişli rayon sakinləri, 1995-ci il təvəllüdlü Xəlilov Habil Rəsul oğlu və onun qohumu 1994-cü il təvəllüdlü Yüsif Xəlilov xəsarət alıblar. Hər iki şəxs xəstəxanaya aparılıb.

Digər avtomobildə xəsarət alanın olmadığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin