Meyvə və tərəvəz yeməyin orqanizmə faydaları yetəri qədərdir . Günümüzdə vaxtından tez yeyilən meyvə və tərəvəzlər çoxdur. O zaman sual yaranır, vaxtından tez istifadə olunan qidaların orqanizmə zərəri varmı?
yasamal.tv xəbər verir ki, bu haqda Modern.az-a dietoloq Şəfa Yadigarova danışıb.
Dietoloq söyləyib ki, mövsümə uyğun vitamin çatışmazlığını həmin dövrdə yetişən meyvə və tərəvəzlərlə təmin etmək olar:
“Mövsümündən tez yetişən meyvə və tərəvəzlərin tərkibində müəyyən kimyəvi qatqılar olur. Həmin kimyəvi qatqılar da orqanizm üçün zərərlidir. Hər mövsümün özünə uyğun müəyyən qida məhsulları var. İnsanlar da qidaları mövsümündə qəbul etməlidir. Mövsümə uyğun vitamin və mineral çatışmazlığı olur. Biz mövsümə uyğun vitamin çatışmazlığını həmin dövrdə yetişən meyvə və tərəvəzlərlə təmin edə bilərik”.