Masallıda avtomobillə motosiklet toqquşub: 1 ölü

12

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

yasamal.tv-ın xəbərinə görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, Xırmandalı kənd sakini, 1958-ci il təvəllüdlü Hüseyn Əli oğlu Səfərovun idarə etdiyi motosiklet eyni yolda hərəkətdə olan “VAZ-2107” markalı avtomobillə toqquşub. Motosikletin sürücüsü ağır kəllə-beyin travması alıb. “VAZ-2107″nin sürücüsü Lənkəran Rayon Mərkəzi Xəstəxansına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, H.Səfərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin