“Space” teleradio şirkətinə yeni rəhbər təyin olunub.
yasamal.tv xəbər verir ki, bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb.
Ülviyyə Mikayilova yeni təyinatı barədə məlumatı təsdiq edib.
Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.
O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.
Milli.Az-dan xatırlatma: Ülviyyə xanım Mikayılova fəlsəfə doktoru, təhsildə tədqiqat sahəsində böyük təcrübəyə sahib mütəxəssislərdəndir. 2009-cu ildən Dünya Bankının və YUNİSEF-in beynəlxalq məsləhətçisi kimi həm xaricdə, həm də Azərbaycanda bir sıra islahat yönümlü layihələrdə yer alıb. Ülviyyə Mikayılovanın elmi məqalələri bir çox yerli və xarici mənbələrdə dərc edilib.
Xatırladaq ki, 2006-2021-ci illərdə “Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.