Lavrov: “Müharibənin qarşısını almaq lazımdır”

11

Ukraynanın Donbas bölgəsində yaranan gərginlikdən danışan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov müharibənin qarşısının alınmasının lazım olduğunu bildirib.

yasamal.tv xəbər verir ki, Rusiya və Ukrayna arasında Donbas bölgəsi ilə bağlı gərginlik hələ də davam edir.

Lavrov Donbasda yarım milyondan çox insanın Rusiya vətəndaşlığı aldığını və silahlı qarşıdurma ehtimalının  təhlükəli nisbətlərə çatacağını vurğulayıb. Lavrov Rusiyanın Donbasa görə, Ukrayna lideri Vladimir Zelenskinin sözlərinə və hərəkətlərinə cavabdeh olmadığını da söyləyib.Qeyd edək ki, 2019-cu ilin aprelində Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsində Rusiya vətəndaşlığı almaq istəyən şəxslər üçün fərman imzalayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin