Stockholmda Ermənistan əleyhinə aksiya keçirilib – Fotolar

10

SAF – İsveç Azərbaycan təşkilatçılığı ilə Stockholm şəhərində “SAF”, “Azərbaycan naminə”, “Qarabağ kultur cəmiyyəti” Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında basdırdığı minaların xəritəsini vermədiyinə etiraz əlaməti olaraq aksiya keçirilib.

yasamal.tv xəbər verir ki, bu barədə SAF ( Svensk- Azerbajdzjanska kulturförening)- İsveç Azərbaycan birliyin sədri,  Sevda Dadaşova məlumat verib.

O, bildirib ki, sərgi üçün materialları təmənnasız hazırlıyan Rza Qaracay bəyə təşəkkür düşür. Sergels torg qarşısında gerçəkləşdirilən aksiyada “Ermənistan minalanmış ərazilərin xəritəsini vermir” şüarı qaldırılıb. Pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən aksiyalar fərdi şəkildə keçirilib.

Eyni zamanda SAF-nın təşəbbüsü ilə İsveç parlamentinə Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın mülki şəxsləri və hərbçiləri Ermənistan silahlı qüvvələrinin işğaldan azad olunmuş ərazilərdə basdırdıqları minaların hücumlarına məruz qalırlar. 10 noyabr tarixli üçtərəfli razılığın əldə olunmasına baxmayaraq, Ermənistanın partladıcı maddələrin basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina etdiyinə diqqət cəlb edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin