Türkiyədə məişət tullantılarından elektromobil hazırlanıb

9

Türkiyənin Hakkari vilayətinin Yüksəkova ilçəsində yaşayan Yusif ve Musa Yılmaz qardaşları zibillikdən topladıqları materiallardan istifadə edərək elektromobil hazırlayıblar.

yasamal.tv-ın məlumatına görə, qardaşlar mütəmadi olaraq məişət tullantılarını saf-çürük edir və onların arasından lazımi detallar tapırlar.

Məhz belə detallardan yığılan elektromobilin hazırlanmasına 4 ay vaxt sərf olunub.

Qardaşlar nəqliyyat vasitəsinin yaxşı çalışdığını və artıq işə onunla gedib-gəldiklərini bildiriblər.(haber global)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin