Argentinanın Pataqoniya regionunda paleontoloqlar dünyanın ən qədim titanozavrının qalıqlarını tapıblar.
yasamal.tv-ın məlumatına görə, bu barədə paleontoloji jurnal “Ameghiniana” məlumat verib.
Bildirilir ki, əvvəllər bilinməyən iri otyeyən dinozavr növünün qalıq sümükləri Neuken şəhərinin cənub-şərqində aşkar edilib.
“Bu, bizim üçün dəyərli bir kəşfdir. Birincisi, bu dinozavr yeni bir titanozavr növüdür. İkincisi, bu, bilinən ən qədim titanozavrdır”, – deyə alimlər bildiriblər.
Paleontoloqların sözlərinə görə, qədim kərtənkələ 20 m uzunluğunda olub. Onun fosil sümüklərinin yaşı 140 milyon il hesablanıb.
Qeyd edək ki, indiyə qədər elm ən çoxu 120 milyon il əvvələ aid dəlillərlə qarşılaşıb. (oxu.az)