Daşınmaz əmlak bazarında – Paradoks

12

COVID-19 pandemiyası səbəbindən daşınmaz əmlak bazarında alıcılıq qabiliyyəti xeyli aşağı düşüb.

yasamal.tv xəbər verir ki, mənzillərin qiyməti isə təxminən 10% artıb. Alıcılığın aşağı düşməsi nəticəsində mənzillərin qiymətinin ucuzlaşması gözlənilsə də, əksinə olub.

Bazarda təklif tələbi üstələdiyi halda, mənzillərin qiyməti niyə ucuzlaşmır?

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, ümumiyyətlə, mart ayının ortalarından başlayaraq mənzil bazarında durğunluq müşahidə olunur:

“Sentyabr ayında karantin rejimində olan yumşalmalar zamanı bir qədər canlanma baş verdi. Tikinti sektorunda evlərin qiymətləri demək olar ki, dəyişmədi. İkinci əl bazarında alıcılıq qabiliyyəti daha zəif olduğuna görə mənzilərini təcili satan şəxslər qiymətlərdə endirim etdilər. Lakin bunun da bazara ciddi təsiri olmadı”.

Azadovun sözlərinə görə, pandemiya kirayə bazarına da təsir edib: “Mənzil bazarının mühüm hissəsini təşkil edən tələbələr Bakı və böyük şəhərlərə gəlmədikləri üçün boş qalan evlərin sayı çox oldu”.

Mütəxəssis qeyd etdi ki, pandemiya dönəmi kirayə verilən ticarət obyektlərinə də təsirsiz ötüşmür və onların da qiymətləri 20-25% aşağı düşüb.(pressklub.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin