Rusiya MN: “Qarabağ münaqişəsində “İsgəndər” raketi tətbiq olunmayıb”

11

““İsgəndər” raket komplesklərindən heç biri Dağlıq Qarabağ münaqişəsi vaxtı tətbiq olunmayıb”. 

yasamal.tv xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Bizdə olan obyektiv və etibarlı məlumatlara görə, o cümlədən obyektiv nəzarət sisteminin təsdiqlədiyi məlumatlara görə, Dağlıq Qarabağ münaqişəsi zamanı heç bir “İsgəndər” raket kompleksi tətbiq olunmayıb”, deyə vurğulanıb.

Rusiya MN-dən bildirib ki, raketlər hamısı Ermənistan Silahlı Qüvvələrinin anbarlandadır.

Xatırladaq ki, ötən gün Paşinyan Qarabağ savaşı zamanı “İsgəndər” raketlərindən  istifadə olunduğunu, ancaq raketlərin partlamadığını bəyan edib.(apa)