İbrahimoviç “Yuventus”la oyunu buraxacaq

14

“Milan” İtaliya A Seriyasının 16-cı turunda “Yuventus”la oyuna ciddi itki ilə çıxacaq.

yasamal.tv xəbər verir ki, “qırmızı-qaralar”ın zədəli futbolçusu Zlatan İbrahimoviç bu vacib qarşılaşmanı da buraxacaq.

Fərdi məşq edən isveçli hücumçunun yanvarın 18-də “Kalyari”yə qarşı matça qədər hazır olacağı gözlənilir.

Qeyd edək ki, bu gün keçiriləcək “Milan” – “Yuventus” matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin