Ötən gün vəfat edən Xalq artisti Səfurə İbrahimova bu gün dəfn ediləcək.
yasamal.tv xəbər verir ki, məşhur aktrisa “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq. Saat 15:00-da reallaşacaq dəfn mərasimində sərt karantin rejiminin qaydalarına əməl olunacaq, az sayda insan iştirak edəcək.
Qeyd edək ki, S. İbrahimova ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.