Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq 14 dekabr 2020-ci il tarixdə Bakıya gətirilmiş hərbi qulluqçuların və mülki vətəndaşların siyahısını açıqlayıb.
Dövlət Komissiyasından verilən məlumata görə, dekabrın 14-də aşağıda adları qeyd olunan 14 nəfər əsir və girovluqdan azad edilərək Vətənə gətirilib:
- Abdinov Yəhya Vüqar oğlu, 30.12.1999, hərbi qulluqçu
- Baxşəliyev Emin Zahir oğlu, 22.01.1988, hərbi qulluqçu
- Əhmədzadə Mobil İlqar oğlu, 22.04.1999, hərbi qulluqçu
- Ələkbərov Ömər Teymur oğlu, 11.01.1985, hərbi qulluqçu
- Əliyev Şərif Elsevər oğlu, 20.12.1995, hərbi qulluqçu
- Əliyev Anar Hidayət oğlu, 28.06.1992, hərbi qulluqçu
- Əlizadə Nurlan Mehman oğlu, 02.01.1992, hərbi qulluqçu
- Həmidov Nahid Yaşar oğlu, 05.01.1991, hərbi qulluqçu
- Kərimov Bayram Yaşar oğlu, 03.02.1992, hərbi qulluqçu
- Musayev Amin Alim oğlu, 04.07.1994, hərbi qulluqçu
- Vəliyev Vəliəhəd Şakir oğlu, 05.03.1998, hərbi qulluqçu
- Yolçuyev Nurəddin Bəxtiyar oğlu, 14.10.1998, hərbi qulluqçu
- Quliyev Şahbaz Cəlal oğlu, 09.05.1968, mülki şəxs
- Əsgərov Dilqəm Qardaşxan oğlu, 30.09.1960, mülki şəxs
Hazırda adları qeyd edilən hərbi qulluqçularımız və mülki vətəndaşlarımız müayinə və müalicə olunurlar.