Şəhidlərimizi Tanıyaq: Arzusuna çatan şəhid Mehrab Niftəliyev!

12

Niftəliyev Mehrab Söhrab oğlu…

yasamal.tv xəbər verir ki, tarix yazan qəhrəmanlarımızdan biri olan Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci ildə Quba rayonu Qamqam kəndində anadan olub. O, 17 il xüsusi təyinatlı qüvvələrdə xidmət edib. Ön cəbhədə vuruşan Mehrab  Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilməsində fəal iştirak edib. Mehrab 70-dən çox erməni əsgərini məhv edib, hətta düşmənin bir sıra hərbi texnikasının hərbi qənimət kimi Azərbaycan ərazisinə keçirilməsinə də müvəffəq olub. Hərbi hissənin alınmasında da Mehrabın böyük rolu olub.

Mehrab döyüşlərin birində yaralansa da,  müalicəsini yarımçıq qoyaraq yenidən ön cəbhəyə yollanıb. Onun ən böyük arzusu Azərbaycan bayrağını Şuşa şəhərinə sancmaq olub. O, bu arzusunu həyata keçirmək uğrunda böyük şücaət göstərib. Çətin olsa da,  arzusuna çatıb və Şuşada bayrağımızı dalğalandırıb.

Mehrab 8 noyabr şəhidlik zirvəsinə ucalıb. Qəhrəmanımız Aprel döyüşlərində də iştirak etmişdi. Göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandan İlham Əliyev tərəfindən şəxsən mükafatlandırılıb.

Üç övlad atası olan Mehrab Sumqayıt şəhərindəki Şəhidlər xiyababında dəfn edilib. Ölümündən sonra ona “Vətən müharibəsi qəhrəmanı” adı verilib.

Aydan Aslan Yakubova

DİQQƏT!: Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin