2020-ci ilin əvvəlindən 1 dekabradək Azərbaycanda 32.656 nikah qeydə alınıb.
yasamal.tv xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Rəsmi məlumata görə, cari ildə qeydə alınan nikahların ən çoxu yanvar ayına təsadüf edir.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 58 317 nikah qeydə alınıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin martından etibarən Azərbaycanda toyların keçirilməsi qadağan olunub.(modern.az)