Qusar rayonunda yol qəzası olub.
yasamal.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 3-də saat 1 radələrində Qusar rayonunun Balaqusar kəndi ərazisində kənd sakini E.Nuralıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən rayon sakini Şirzad Abusovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində öüb.
Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.