Xırdalan dairəsində körpünün tikintisi yekunlaşıb.
Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən verilən məlumata görə, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür.
“Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır”, – məlumatda qeyd edilir.
Dəqiq tarixlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.