Şəhid polkovnik dəfn olunub

11

Polkovnik Babək Səmidli dəfn olunub.

yasamal.tv-ın məlumatına görə, şəhid polkovnik Göyçay rayon şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri və digər ziyalılar iştirak ediblər.

Qeyd edək ki, şəhid polkovnik ötən gün işğaldan azad olunan Suqovuşan qəsəbəsində minaya düşərək həlak olub.

Xatırladaq ki, polkovnik son çıxışlarından birində qeyd etmişdi ki, Azərbaycan əsgəri canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edib:

“30 ildir biz o utancı yaşayırdıq. Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun – ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin