Bu ilin yanvar-sentyabr aylarında Bakıda əhaliyə 2 869 milyon manatlıq ödənişli xidmət göstərilib.
yasamal.tv xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,1% azdır. Göstərilmiş xidmətlərin 61,4%-ni və yaxud 1 761,4 mln manatlıq hissəsini hüquqi şəxslər təmin edib.