Beyləqanda postda saxlanılan maşından silah çıxdı

10

Gəncə şəhər sakininin avtomobilindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, daxil olan məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqabul-Horadiz yolunda qurulmuş xüsusi postda Gəncə şəhər sakini Z.Həbibovun idarə etdiyi “Mersedes” markalı avtomobil saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 patron, 1 ədəd süngübıçaq və 1 ədəd dəbilqə aşkar edilərək götürülüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin