“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”.
yasamal.tv-ın xəbərinə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
“Ermənistan terror təşkilatları ilə əməkdaşlığa son qoymalı, muzdlu əsgərləri və terrorçuları regiondan çıxarmalıdır”, – deyə türkiyəli nazir vurğulayıb.
Akar qeyd edib ki, günahsız mülki əhalini açıq şəkildə hədəf seçən Ermənistan hakimiyyəti bəşəriyyət qarşısında cavab verəcək.(apa)