Bu hərbçilərə yubiley medalı veriləcək

5

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb.  

yasamal.tv xəbər verir ki, sözügedən medalla həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi  yerinə yetirən  zabit  və gizirlər, müddətdən artıq hərbi xidmət keçən  hərbi  qulluqçular,  ehtiyatda olan və  istefaya buraxılmış hərbçilər, həmin orqanda səmərəli fəaliyyət göstərən mülki işçilər, habelə bu sahədə xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.

Qeyd edək ki, layihə müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin