Rusiya Xarici İşlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə sentyabrın 11-də Moskvada danışıqlar aparacaq.
yasamal.tv xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xarici İşlər Nazirləri Şurası çərçivəsində baş tutacaq: “Xarici İşlər nazirlərinin çətin bir epidemioloji vəziyyət şəraitində keçiriləcək görüşdə Rusiya-Çin strateji tərəfdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə ediləcək”.
Həmçinin, qeyd edilib ki, danışıqlarda ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclasının nəticələri, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinə hazırlıqlar, Asiya-Sakit Okean regionundakı problemlər, İranın nüvə anlaşması, Avrasiya qitəsində inteqrasiya təşəbbüslərinin uyğunlaşdırılması prosesi və digər aktual beynəlxalq məsələlərə toxunulacaq.(apa)