Xalça Muzeyində “Cırtdan” kölgə teatrı göstəriləcək

11

Azərbaycan Milli Xalça Muzeyi həmişə olduğu kimi, balaca dostlarını sevindirməyə davam edir.

yasamal.tv xəbər verir ki, hər həftənin IV günü saat 16:30-da muzeyin Uşaq şöbəsi tərəfindən “Cırtdan” kölgə teatrı göstəriləcək. Tamaşa surdo tərcümə ilə müşayiət olunacaq.

Muzeydə mövcud karantin qaydalarına, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə tam riayət olunur, tamaşaya 10 nəfərdən çox olmayan qruplar buraxılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin