2020-ci ilin əvvəlindən etibarən Rusiya 7 milyard dollardan çox dəyərində silah satıb.
yasamal.tv xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqyev məlumat verib.
O qeyd edib ki, silahlar 40-dan çox ölkəyə satılıb.
Şugayevin sözlərinə görə, Rusiya Serbiyaya “Pantsir” komplekslərinin tədarükünü başa çatdırıb və ölkəyə hava hücumundan müdafiə sistemlərinin tədarükü barədə danışıqlar aparır.
Bir sıra ölkələr Rusiya və Hindistanın ortaq istehsal etdiyi “BrahMos” raketlərinə maraq göstərib, lakin hələlik konkret müqavilələr yoxdur.(ordu.az)
