Bu qan qrupundan olanlar koronavirusu daha ağır keçirir

12

“Koronavirusa yoluxma bəzi qan qrupuna aid şəxslərdə problemli keçir”.

yasamal.tv-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Onun sözlərinə görə, 2-ci qan qrupuna aid xəstələrdə daha çox ağırlaşma baş verir: “Mart ayında Çində aparılan tədqiqatlar da bunu göstərirdi”.

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib ki, bununla yanaşı ağciyərin funksiyalarını yaxşılaşdıran, antiviral preparatlardan da istifadə edilir.

“Xəstələr bütün preparatlarla dövlət tərəfindən təmin edilir. II qan qrupundan olanlarda COVID-19-dan ağırlaşma və ölüm halı daha çoxdur. I, III və IV qan qruplarından olanlarda ağırlaşmalar nisbətən daha azdır”, – deyə F. Sədirov qeyd edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin