Ağcabədidə yol qəzası: 8 yaşlı uşaq öldü

15

Ağcabədi şəhərində avtomobil 8 yaşlı uşağı vurub.

Bloger.az-ın məlumatına görə, 2001-ci il təvəllüdlü Cəfərli Vüsal Emin oğlu idarə etdiyi avtomobil ilə 2016-cı il təvəllüdlü piyada Quluyev Uğur Kamran oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.