ABŞ Ukraynaya əlavə 50 milyard dollar ayıra bilər

14

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları qeyri-müəyyən müddətə uzadarsa, ABŞ Ukraynaya əlavə 50 milyard dollar ayıracaq.

Bloger.az xəbər verir ki, bu barədə Financial Times ( FT ) qəzeti Aİ-nin maliyyə nazirlərinin onlayn görüşündə müzakirə üçün hazırlanmış sənədə istinadən məlumat yayıb.

Vəsait isə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına formalaşacaq.
Nəşr hesab edir ki, sanksiyaların müddəti ehtimal ki qeyri-müəyyən müddətə uzadılacaq. Odur ki, ayrılacaq vəsaitin hansı sahələrə bölünəcəyi müəyyənləşdirilməlidir.