
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Ukraynada sülhün təminatı ilə bağlı İsveçrədə keçiriləcək sammitdə iştirak etməyəcəyini açıqlayıb.
Bloger.az xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat yayıb.
Bildirilib ki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa da sözü gedən tədbirdə iştirakdan imtina edib.
Səbəblər barədə mətbuata açıqlama verilməyib.