
ABŞ Prezidenti Cozef Bayden xalqa müraciəti zamanı bildirib ki, hazırda dünya dönüş nöqtəsindədir və verilən bütün qərarlar gələcəyə təsir edəcək.
Fso.az xəbər verir ki, “Biz tarixin dönüş nöqtəsindəyik; bu gün verdiyimiz qərarlar gələcək onilliklər üçün gələcəyi formalaşdıracaq”, – Bayden deyib.
ABŞ Prezidenti həmçinin bildirib ki, o, İsrail hakimiyyətini “qəzəbdən kor olmamağa” çağırıb.
Ağ Ev rəhbəri qeyd edib ki, İsrailə səfəri zamanı o, 2001-ci il 11 sentyabr terror aktları zamanı ABŞ-ın da qəzəbləndiyini bildirib.
“Mən İsrail hökumətini qəzəbdən kor olmaqdan çəkinməyə çağırdım”, – Bayden deyib.