Xəzər rayonunda qəza: sürücü yaralanıb

12

Bakının Xəzər rayonunda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Mrb.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Şərifov Xəyal Gəncəli oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.