Mixail Qaluzin: “Rusiya Ermənistanla Azərbaycan arasında razılaşma əldə olunmasına kömək etməyə çalışacaq”

15

“Rusiya Ermənistanla Azərbaycan arasında balanslaşdırılmış razılaşmaların əldə olunmasına kömək etməyə çalışacaq”.

Mrb.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş üçtərəfli bəyanatın icrası aktual olaraq qalır: “Söhbət nəqliyyat kommunikasiyalarının açılmasından, sərhədin delimitasiyası ilə onun sonrakı demarkasiyasından, sülh müqaviləsinin imzalanmasından gedir. Bütün bunların icrası vacibdir”.